Ramal: "Böyük şou olacaq, Roy Cons da döyüşəcək"

Ramal: "Böyük şou olacaq, Roy Cons da döyüşəcək"
18:17 5 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə boks məktəbinin layiqli yetirməsi, hazırda özünü peşəkar rinqdə sınayan Ramal Amanov növbəti döyüşünə hazırlaşır. Amanov Rusiyada döyüşəcək. 

Şimal ölkəsinin paytaxtı Moskvada yaşayan və məşq edən gəncəli idmançı qarşıdakı döyüş öncəsi hazırlıq prosesini doğma şəhərində keçirib. Təlim-məşq toplanışı bir neçə mərhələdən ibarətdir. Fiziki, taktiki və texniki hazırlıq üzərində işləyən boksçu son olaraq sparrinq məşqlərinə çıxacaq.   

Ramal Amanov - peşəkar boksçu: "Dekabrın 12-də Moskvada döyüşəcəyəm. Böyük şou olacaq, dünyanın gözü orada olacaq. Çünki Roy Cons da döyüşəcək. Gəncədə hava şəraiti fiziki məşqlər üçün əlverişlidir. Sparrinq məşqlərini isə Moskvada keçirəcəyəm".

Ramal Amanov karyerası ərzində peşəkar rinqdə 9 görüş keçirib və bütün döyüşlərində qələbə qazanıb. O, hazırda WBA versiyaları üzrə iki çempion kəmərinin sahibidir. Amanov qarşıdakı görüşdə də qələbə qazanmağa ümidlidir: "Yalnız qələbə, inşallah, qələbə də qazanaram".

Mübarizə apardığı 63,5 kq çəki dərəcəsi üzrə WBA versiyasında ən yaxşı 15 boksçu arasında yer alan Amanov 2013-cü ildən sevimli idman növü ilə peşəkar səviyyədə məşğul olur. 31 yaşlı dəri əlcək ustası buna kimi həvəskar boksda döyüşüb və ən böyük uğuruna 2005-ci ildə imza atıb. Ramal dünya çempionatının gümüş medalını qazanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR