Qəbələ hamını qabaqladı - VİDEO

Qəbələ hamını qabaqladı -  VİDEO
18:22 5 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

"KANAL S" ( Region TV) xəbər verir ki, Azərbaycan turizm potensialı artıq dünyada tanınmağa başlayır. Bunu ölkəmizə gələn turistlərin sayının illər ötdükcə artmasından da müşaghidə etmək mümkündür. Azərbaycanda turizm diyarlarından biri də Qəbələdir. Rayonda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişaf etdirilməsi üçün işlər intensiv xarakter alıb.

Qəbələdə qış turizminin inkişafına təkan verən yay-qış istirahət  kompleksində yeni xizək mövsümünə start verilib. Son günlər Qəbələyə yağan ilk  qar kompleksin dağ-xizək yolunda işlərin sürətlənməsinə zəmin yaradıb. Kanat xətti və xizək yolu bura gələn turistlərin daha yaxşı əylənib, istirahət etməsinə şərait yaradır.

Qış turizmi mövsümündə  turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərinin qış mənzərəsini,  Duruca kəndini və ətrafdakı çayları, meşələri seyr etmək imkanı qazanır,  4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət edə bilirlər.

İstirahət Kompleksində gün ərzində 3500 nəfərdən  artıq insana xidmət göstərilməsi üçün şərait yaradılıb. Onlar kanatla  1920 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı əldə edirlər. Xizəkdən istifadə etmək üçün isə yarım gün üçün 20 manat ödəməli olurlar. Bütün kanat yollarından istifadə 6 yaşından kiçik uşaqlar üçün pulsuzdur. Təbii qar olmadığı təqdirdə isə  bütün dağ-xizək yolları süni qaryağdıran generasiya sistemi ilə qarla təmin edilir.

Yeni mövsümdə xizək yolunda 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Gələcəkdə isə daha bir neçə kanat yollarının istifadəsi planlaşdırılır. Qeyd edək ki, istirahət kompleksini indiyədək 10 000-dən artıq turist ziyarət edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR