Tehran, 5 dekabr, AZƏRTAC
İran İslam Respublikasının milli istehsalı olan “Dəmavənd” hərbi gəmisi Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən tədbirdə iştirak edən İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Həbibulla Səyyari bildirib ki, yeni gəmi yalnız müdafiə məqsədləri üçün nəzərdə tutulub. O deyib ki, müasir dövrdə beynəlxalq terrorçuluqdan qorunmaq vacibdir. İran geniş su sərhədlərinə malikdir və bu sərhədlərin mühafizəsində yeni hərbi gəmi əhəmiyyətli rol oynayacaq.
Tədbirdə İranın müdafiə naziri Hüseyn Dehqan da iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran