Obama: "Bizi terror eləmək olmaz"

Obama: "Bizi terror eləmək olmaz"
18:37 5 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

"Terror aktları amerikalıları qorxuda bilməz".

Milli.Az Musavat.com-a istinadən məlumatına görə, bu barədə həftəlik müraciətində ABŞ prezidenti Barak Obama bildirib. 

Bu ərəfədə Federal Təhqiqat Bürosu (FTX) Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfərin ölümü, 21 nəfərin yaralanmasına gətirən qanlı insidenti terror aktı kimi qiymətləndirmişdi.

"Mənim prezident postunda ən ali prioritetim - Amerika xalqının təhlükəsizliyidir. Bu iş hamımızı birləşdirməlidir ki, biz amerikalılar öz gücümüz daxilində ölkəmizi qorumaq üçün hər şey edə bilərik", - qeyd edib Ağ Ev başçısı.

"Biz azad və açıq cəmiyyət kimi dəyərlərimizə sadiq qalacağıq. Biz güclüyük, biz möhkəmik və bizi terror eləmək olmaz", - Obama əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR