Vergi adı ilə edilən dələduzluq (FOTO)

Vergi adı ilə edilən dələduzluq (FOTO)
18:41 5 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara polisi üç il ərzində bir qrup rayon sakinini vergi məmuru adı ilə aldadaraq dələduzluq yolu ilə onların pulunu mənimsəyən Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Abışov Əzizağa Abasəli oğlunu saxlayıb.

ANS PRESS-in məlumatına görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Rumanə Mahmudova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, Cəlilabad sakini Əzizağa Abışov onu işə götürmək adı ilə 2900 manat pulunu mənimsəyib. Bu iş üzrə başlanan istintaq zamanı isə maraqlı məqamlar ortaya çıxıb.

Müstəntiq Samir Həsənovun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, Abışov Əzizağa Astara rayon Ərçivan qəsəbə sakinləri Babayev Tosif Tofiq oğlunu sürücü kimi işə götürmək adı ilə 960 manat, Məmmədov Mehman Məmməd oğlunun isə 800 manat pulunu ələ keçirib. Bundan başqa o, Ərçivan qəsəbə sakini Əliyeva Rəsmiyyə Hacıbaba qızının mağazasına vergi işçisi kimi özünü təqdim edərək mağazadan 600 manat dəyərində kontur və 400 manat məbləğində pul oğurlanıb.

Astara rayon polis şöbəsi Əzizağa Abışovun həbsi barəsində rayon prakurorluğuna vəsadət versə də, vəsadət təmin edilmədiyindən onun barəsində həbs qəti imkan tədbiri seçilməyib. barəsində başqa yerə getməmək barədə tədbir seçilən Əzizağa istintaqdan yayınaraq Rusiyaya qaçmaq istəyəndə Yalama postunda saxlanaraq istintaqa təqdim olunub.Zərərçəkənlər isə vergi əməkdaşı adı ilə onları aldadıb pulunu ələ keçirən şəxsin qanun qarşısında cavab verməsini tələb edirlər.

Saxlanılan şəxs polisə ifadəsində törətdiyi əməlləri etiraf edib. Hazırda istintaq Əzizağa Abışovun dələduzluq yolu ilə daha kimləri aldatdığını araşdırır.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR