Con Lennonun gitarası hərracda 910 min dollara satılıb

Con Lennonun gitarası hərracda 910 min dollara satılıb
18:43 5 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
“The Beatles” qrupunun qurucularından biri olan Con Lennonun “Rickenbacker” gitarası ABŞ-da keçirilən hərracda 910 min dollara satılıb. Bu barədə “Julien's Auctions” satış evinin Kaliforniya ştatının Beverly Hills şəhərində yerləşən mənzil qərargahindan bildirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Con Lennon həmin gitaranı sonradan Rinqo Starra hədiyyə edib. Rinqo Starra məxsus “Ludwig Oyster” zərb aləti isə bu gün hərracda 2,2 milyon dollara satılıb. Onu Amerikanın “Indianapolis Colts” futbol klubunun sahibi Cim İrseyın aldığı bildirilir.
Əfsanəvi qrupun keçmiş barabançısı Rinqo Starr satışa 800-dən çox çalğı aləti çıxarıb. Hərracın təşkilatçıları hesab edirlər ki, lotların ümumi dəyəri 10 milyon dollar olacaq.
Yetmiş beş yaşlı Starr mətbuata müsahibəsində hərrac ideyasının ABŞ-da ən nüfuzlu musiqi mükafatı – “Grammy” muzeyinin əməkdaşlarına aid olduğunu deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR