Yalançı vəsiqələr verib camaatı soydurdu

Yalançı vəsiqələr verib camaatı soydurdu
19:05 5 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara polisi vətəndaşları aldadaraq onların pulunu mənimsəyən şəxsi saxlayıb.

Bu barədə məlumatı APA-ya Astara Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Samir Həsənov verib. Onun sözlərinə görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Əzizağa Abbasəli oğlu Abışov özünü "Sahibkarlıq və hüquq" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) əməkdaşı kimi qələmə verməklə ayrı-ayrı vətəndaşlardan, o cümlədən Astara rayonunun Ərçivan qəsəbə sakinləri Mahmudova Rumanə Mahmud qızından 2900 manat,    Məmmədov Mehman Məmməd oğlundan 800 manat,  Babayev Tosif Tofiq oğlundan 960 manat alıb, onları guya işə düzəldib və hətta vəsiqələrlə də təmin edib. Həmin şəxslər isə bölgədə fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar apararaq, hədə-qorxu ilə obyekt sahiblərindən pul alıblar.
Rayonun Ərçivan qəsəbə sakini Əliyeva Rəsmiyyə Hacıbaba qızı isə təqsirləndirilən şəxs qismində saxlanılan Əzizağa Abışovun 2015-ci ilin iyul ayında onun dükanına vergi orqanı əməkdaşı kimi daxil olduğunu, sonuncunun başının qarışıq olmasından istifadə edərək dükandan 600 manat dəyərində "simkart" və 400 manat oğurladığını bildirib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/387996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR