"Spartak" başsız qaldı

"Spartak" başsız qaldı
19:12 5 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Spartak"ın əvəzedici komandasını çalışdıran Vladimir Besçastnıx istefaya göndərilib. Milli.Az Goal.az-a istinadən bildirir ki, klub qənaətbəxş nəticələr qazanılmadığı səbəbindən yaxın keçmişin məşhur futbolçusunu vəzifəsindən azad edib. Hazırda "Spartak"ın əvəzedici komandası turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Besçastnıx 1992-94, 2001-02-ci illərdə futbolçu kimi "Spartak"ın şərəfini qoruyub. 2011-ci ildə karyerasını başa vuran rusiyalı mütəxəssis 2014-cü ilin mayından Moskva klubunun əvəzedicilərinə rəhbərlik edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR