Neftin qiyməti yenə düşdü

Neftin qiyməti yenə düşdü
09:11 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Neft növbəti dəfə ucuzlaşaraq bir barrelin qiyməti 57,80 dollara çatıb. Bu, son beş ildə neftin qiymətində qeydə alınan ən aşağı səviyyədir.

ANS PRESS-in məlumatına görə, ekspertlər bildirirlər ki, buna baxmayaraq OPEC hasilatı azaltmamaq qərarında qalır.

Təhlilçilərin fikrincə neftin qiyməti 57 dollardan da aşağı enə bilərdi, lakin ABŞ-da şist nefti istehsalı bir qədər azaldığından bu baş verməyib.

Digər tərəfdən gündə 128 min barrel neft istehsal edən Liviyada gedən döyüşlərlə əlaqədar ölkə ixracatını dayandırıb. Liviyanın dünya bazarına çıxardığı neft az olsa da, hər halda neftin daha az ucuzlaşmasına müəyyən təsir göstərib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=317080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR