Nə sən həzrət Musasan...

Nə sən həzrət Musasan...
19:47 5 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bir gün Abbasi xəlifələrindən biri məscidə gedir. İmam minbərə çıxıb camaata vəz oxuyurmuş. Xəlifənin gəldiyini görən imam birdən-birə üslubunu dəyişib, çox sərt şəkildə idarəçilərin əleyhinə danışmağa başlayır. Xəlifə bir qədər qulaq asır və görür ki, imam getdikcə daha da qızışır. Əlini qaldırıb imamdan icazə alır və ona belə bir sual verir: 

- İmam əfəndi, nə sən Allah yanında Musa Peyğəmbərdən daha üstünsən, nə də mən firondan daha alçağam. Allah-Təala həzrət Musanı fironun üstünə göndərəndə tapşırdı ki, onunla yumsaq bir dillə danışsın. İndi sən hansı səbəblə mənimlə bu qədər sərt bir dildə danışırsan?
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR