Dövlət qurumları "Günəşli" yatağındakı qəza barədə RƏSMİ MƏLUMAT yaydı

Dövlət qurumları "Günəşli" yatağındakı qəza barədə RƏSMİ MƏLUMAT yaydı
19:54 5 Dekabr 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb

 

 

“Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məlumatda bildirilir ki, respublikada hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb.

 

Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

 

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıb. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

 

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.

 

Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüb. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilmiş, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28

Putin aviasiya komandanını ordudan qovdu

26 Sentyabr 2017 19:24

Rusiya İŞİD-in Suriyadakı obyektlərini bombaladı

26 Sentyabr 2017 19:23

Zakir Həsənov Appaturayla görüşüb

26 Sentyabr 2017 19:14

Qurban Qurbanov -

26 Sentyabr 2017 19:10

Rumın hücumçu rəsmən "Səbail"də - FOTO

26 Sentyabr 2017 19:07

14 yaşlı qızların nişanlanaraq məktəbi tərk etməsi XƏBƏRİNƏ RƏSMİ REAKSİYA

26 Sentyabr 2017 19:03

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

26 Sentyabr 2017 19:02

Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO

26 Sentyabr 2017 18:58

Qurban Qurbanov: "Çalışacağıq ki..."

26 Sentyabr 2017 18:53

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07