"Xəzər Lənkəran"da 6 yeni futbolçu

"Xəzər Lənkəran"da 6 yeni futbolçu
20:17 5 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Gəncənin “Kəpəz”i minimal hesabla yenərək növbəti mərhələyə yüksələn "Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. 


Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" "Qəbələ" ilə ev oyununa ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. 


Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib. Sabahkı görüşdə akademiyanın bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotda-6-yeni-futbolcu-t45945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR