Şoubiznesdən Xəzərdəki yanğına görə jest (FOTO)

Şoubiznesdən Xəzərdəki yanğına görə jest (FOTO)
20:51 5 Dekabr 2015
191 Şou
Ölkə mətbuatı
A- A+

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi ilə əlaqadər şou-biznes fəaliyyəti ilə məşğul olan şəxslər münasibət bildiriblər.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın məşhur müğənniləri sosial şəbəkədə öz səhifələrində “Günəşli” yatağındakı yanğınla bağlı baş sağlığı veriblər.

Müğənni və bəstəkar Murad Arif axşamkı tədbirlərindən imtina etdiyini bildirib:

“Aman Allahım! 32 nəfər, 32 ailə , 32 can. Bu faciədir! Bir qarın çörək üçün bu soyuqda dənizdə çalışan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ağır dərddir. Bu axşamkı çıxışlarımı təxirə saldım. Xeyriyyə tədbirimiz də ləğv olundu. Belə gündə şənlənmək olmaz. Çox ağırdır”.


Murad Arifin "İnstaqram" səhifəsi

Xalq artisti Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan və digər tanınmış incəsənət xadimləri sosial şəbəkədə məyus olduqlarını bildiriblər.


Faiq Ağayevin "Facebook" səhifəsi


Elza Seyidcahanin "İnstaqram" səhifəsi

"Günəşli" dəniz yatağında baş vermiş yanğında 30 nəfərin itkin düşdüyü bildirilir. 32 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və SOCAR birgə bəyanat yayıblar. İtkin düşənlərin axtarılması üzrə xilasetmə əməliyyatı aparılır.



Güclü tufan və təbii fəlakətin yaratdığı digər çətinliklər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində problemlər yaradır.

Hadisə zamanı platformada 63 nəfərin olduğu bildirilir.

Həmçinin oxuyun: Yanğındakı yaralılar xəstəxanaya gətirildi (VİDEO, YENİLƏNİB)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR