Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Dekabr
22:04 5 Dekabr 2015
56 Sosial
Ölkə mətbuatı
A- A+

 
 
GÜNÜN ŞƏRHİ
 
 
Bir yanlış xəbər, milyardlarla dollar zərər... OPEK-in Vyana toplantısının yekununu bu kəlmələrlə özətləmək olar... Dünyaca məşhur agentlik OPEK-in gündəlik hasilat kvotasını artırdığı xəbəri birjalarda bomba effekti doğurdu. Cəmi bircə xəbər neftin qiymətini 2 dollaradək ucuzlaşdırdı. Bu, xəbər deyilən nəsnənin nə qədər dəyərli olduğunu bir daha təsdiqləyir, eyni zamanda dünya neft bazarının yüksəlişə deyil enişə kökləndiyindən xəbər verir. OPEK-in toplantısından çıxacaq tək bir qərar neftin bahalaşmasına təsir göstərə bilərdi. Əgər kartel hasilatı azaltmağa qərar versəydi. Kvotanın saxlanması, yaxud artırılması qərarı nefti ucuzlaşdıracaqdı. Çünki onsuz da OPEK üzvləri gündəlik kvotadan 1,5 milyon barel artıq neft hasil edir. Kvota saxlansa da, bu artıq həcm günbəgün neftin ucuzlaşmasına səbəb olacaq. Nefti ucuzlaşdıracaq digər amil OPEK üzvü olan bəzi ölkələrin, məsələn İraqın gələn il gündəlik hasilatı kartelin qərarından asılı olmayaraq qaldıracağı mesajıdır. Digər tərəfdən İrana qarşı sanksiyaların ləğvi dünya bazarına hər gün əlavə 1 milyon barel neftin daxil olması deməkdir. Təklifin tələbi üstələməsi qiymətin ucuzlaşmasının əsas səbəbidir və bu qanunauyğunluqdan doğan prosesləri 2016-cı ildə az qala hər gün izləməli olacağıq. Yeri gəlmişkən, kvotanın saxlanması qərarı İrana qarşı sanksiyaların qaldırılıb, qaldırılmayacağı barədə də ehtimallar irəli sürməyə əsas verir. Əgər kvota aşağı salınsaydı, bu, İranın yenidən bazara qayıtmasına hazırlıq kimi dəyərləndiriləcəkdi. OPEK kvotanı saxlamaq qərarı əslində kartel üzvlərinin İrana qarşı sanksiyaların hələ bir müddət davam edəcəyinə arxayınlığından xəbər verir. Vyana toplantısı 2016-cı ildə neftin taleyini aşağı-yuxarı biçmiş oldu - gələn il UCUZ NEFT İLİ OLACAQ.
 
Vüqar MƏSİMOĞLU

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR