Bərdədə partlayış: bir ailənin 2 üzvü öldü, 5-i yaralandı

Bərdədə partlayış: bir ailənin 2 üzvü öldü, 5-i yaralandı
22:39 5 Dekabr 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunun Uğurbəyli kənd sakini Əli Məmmədovun evində qaz balonunun partlaması nəticəsində ailə üzvlərindən  iki nəfər ölüb, beş nəfər yaralanıb. APA-nın Qarabağ müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yaralılar yanıq xəsarəti ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

 

Yaralıların adı məlum olub:

 

1961 ci il təvəllüdlü Məmmədova Fəxriyyə Ənvər qızı,

1961-ci il təvəllüdlü Məmmədov Əli Allahverdi oğlu,

1991-ci il təvəllüdlü Məmmədov Eldar Əli oğlu,

1998-ci il təvəllüdlü Məmmədov Vüsal Əli oğlu,

2012-ci il təvəllüdlü, Məmmədova Səma Vüsal qızı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR