Müğənni Abbas: “İstəmirəm belə bir addım atım”

Müğənni Abbas: “İstəmirəm belə bir addım atım”
22:42 5 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bununla bağlı heç kəsə söz vermirəm.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov rejissorluq etməyə başlaması haqda danışarkən deyib:
 
"Ənvər Sadıqov üçün bir klip çəkdim. İxtisasca rejissor deyiləm, amma həvəsim var idi deyə və bir balaca da bu işi bacardığım üçün Ənvərin klipində rejissorluq etdim. Ancaq istəmirəm birdən-birə belə bir addım atım. İnşallah, gələcəkdə öz üzərimdə işləyərəm.
 
Təcrübə toplayaram, ondan sonra hansısa bir klipin rejissorluğunu edərəm. Ümumiyyətlə, düşünürəm ki, müğənni rejissorluğu da, aktyorluğu da bacarmalıdır. Səhnədə hansısa mahnını oxuyanda o mahnını özündə hiss edərək obraza girməlisən.
 
Düzdür, indi diringi mahnılar çoxdur, onları oxuyanda obraza girmək olmur. Amma elə köhnə mahnılar var ki, onları dinləyəndə artıq özünü obrazda görürsən".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR