İstiğfarın 6 mərhələsi

İstiğfarın 6 mərhələsi
22:47 5 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Allah Təalanın bəndələrin tövbəsinə xüsusi rəğbəti vardır. Çünki insanın bütün xoşbəxtlikləri bu andan başlayar. İmam Baqirdən (ə) oxuyuruq ki, buyurub: "Allah bəndəsinin tövbəsindən çox şad olar və o kəs ki, səhrada gecənin qaranlığında öz azuqəsini itirər və sonra da tapar, ondan da (yəni azuqəni tapan həmin insandan da) daha çox şad olar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əxlaq müəllimlərinin bir çoxu əxlaqı tərbiyə etmək üçün ilk addımın tövbə olduğunu söyləyirlər. Tövbə insanın qəlbini çirkinliklərdən pak edər, qaranlıqları nura çevirər. İnsanı günahın ağır yükündən xilas edər.
Mərhum Feyz Kaşani buyurur: "Günahdan tövbə etmək və Səttarul-uyuba qayıtmaq qələbə çalanların sərmayəsi, Allah yolunun yolçularının ilk addımı, seçilmişlərin başlanğıcı, müqərriblərin seçdikləridir".
Necə də yaxşı olar ki, Adəm övladları xata işlədən zaman bu xeyir əmələ üz çevirərdi, çünki bu iş - mələklərin işidir. Şəri yerinə yetirmək və ondan xeyirə qayıtmamaq isə şeytanların işidir. O kəs ki, etdiyi şərdən xeyirə tərəf qayıdarsa, həqiqətən insan olar.
Əslində tövbə - dinimizin əsasını təşkil edir. Çünki din və məzhəbimiz bizi pisliklərdən ayrılmağa və xeyirə tərəf getməyə dəvət edir.
Allah yolunun yolçusu da xata edə bilər və bu yolda büdrəmələri ola bilər. Mühüm olan - bu bağlı qapıları açmaqdır. Bu qapıları da ancaq tövbə aça bilər və insanı məqsədinə çatdırar. İnsan tövbə vasitəsilə özünü islah edər və keçmişdə etdikləri xataları aradan qaldırmağa çalışar.
İmam Səccad (ə) buyurur: "Ey mənim Məbudum! Sən o Kəssən ki, bəndələrinin üzünə əfv üçün qapı açmısan və adını da tövbə qoymusan. Buyurmusan ki, Allaha tərəf qayıdın və tövbə edin. Xalis tövbə! Hələ ki, bu rəhmət qapısı açıqdır, ondan qafil olan kəsin üzrü nə ola bilər?!".
Hədislərin birində oxuyuruq ki, bir nəfər dilində istiğfarları deyirmiş və İmam Əli (ə) ona buyurur: "Məgər bilirsənmi ki, istiğfarın şəraiti nədir? İstiğfar dərəcədir ki, ucaməqamlı insanlar ona çatarlar. Onun 6 mərhələsi vardır:
1. Olanlara görə peşman olmaq.
2. Ciddi qərara almaq ki, həmin günaha bir daha qayıtmayacaqsan.
3. Bütün insanların hüququnu vermək və Allahla o halda görüşmək ki, insanların haqqından pak olasan.
4. Zay və ya tərk etdiyin hər bir İlahi vacibatı yerinə yetirəsən və haqqını əda edəsən.
5. Bədənində haramdan bitən əti oruc və gecə oyaq qalmaqla əridəsən ki, yenidən təzə ət gəlsin.
6. Cisim və bədəninə ibadətin çətinliyini daddırasan, necə ki, ona günahın şirinliyini daddırmışdın".
İmam Sadiq (ə) buyurur: "Allaha ürəkdən istifadə edərək diqqət etmək, bədənlə diqqət etməkdən daha yaxşıdır. Daxili dəyişmə ilə, zahiri rəftarlardan daha tez İlahi qürb məqamına çatmaq olar".
Yəni, insan gərək Allaha ilk olaraq səmimi qəlbdən diqqət etsin. Onun vasitəsilə batinini islah etsin. Əgər belə olarsa, cismi və zahiri də islah olacaq, ibadətə tərəf üz tutacaqdır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR