Cini öldürmək həqiqətdirmi?

Cini öldürmək həqiqətdirmi?
23:47 5 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Cin sözü Quranda 22 dəfə işlənmişdir. Başqa səma kitablarında da "iblis", "cin", "şeytan" sözlərinə rast gəlmək olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Cin" sözünün mənası "Hiss orqanlarından gizlənən şey"dir. Cin də Allahın xəlq etdiyi məxluqlardan biridir və Allah onu atəşdən xəlq etmişdir. Atəş dedikdə, bizim bildiyimiz adi atəş nəzərdə tutulmur. 
Quranda oxuyuruq: "Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq". ("Hicr" 27).
Cinlər insan kimi deyildir və onlar gözdən gizli məxluqlardırlar və bir şəkildən başqasına düşə bilirlər. Ağıl və dərkə malikdirlər. Güc tələb edən işləri görməyə qadirdirlər.
Allah Təala insanları cinlərdən üstün yaratmışdır. Cinlər də insanlar kimi mükəlləfdirlər və onların da içində möminlər və kafirlər vardır. Bu varlıqların bəzisi insanlarla rabitə qura bilir. Bəzi sirləri onlara çatdırırlar.
Cinlərin arasında böyük qüdrətə malik olan cinlər vardır. "Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: "Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!"". ("Nəml" 39).
Avam insanlar bu məxluqlar haqqında çox sayda xurafi şayiələr yaymışdılar. Avam insanlar belə hesab edirlər ki, oddan yaranmış bu varlıqlar çox təhlükəlidirlər, insana əziyyət verir, kinli və pis rəftarlı varlıqlardırlar. Onları öldürmək də bu xurafi şayiələrdən biridir.
Bizim anlamda fiziki varlığı olmayan bu varlığı axı necə öldürmək olar ki? Onların ümumi anlamda fiziki cismi yoxdur və atəşdəndirlər.
Beləliklə, deyə bilərik ki, Quran və hədislərimiz cinin var olduğunu bəyan edirlər. Ancaq cinlə bağlı deyilən bütün xurafi şayiələr ki, Quran və hədislərdə onlara rast gəlinmir - avam insanların qurmasıdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR