“Günəşli” yatağında xilas edilən neftçi hadisənin təffərüatlarını danışıb

“Günəşli” yatağında xilas edilən neftçi hadisənin təffərüatlarını danışıb
23:57 5 Dekabr 2015
1580 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Hava çox küləkli idi, dalğanın hündürlüyü 8 metrə qədərdi, heç bir texnika, gəmilər yaxınlaşa bilmirdi, vertolyot düşə bilmirdi. “Report” xəbər verir ki, bunu ATV-yə müsahibəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş bədbəxt hadisənində xəsarət alan neftçi Rəşid Hüseynov bildirib.
Onun sözlərinə görə, havanın küləkli olması xilasetmə işlərini yubadırdı. “Biz qayıqlara mindik, sonra FHN gəlib bizi xilas elədi”, - R.Hüseynov deyib.
Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.
Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyə olunub, bir nəfərin cəsədi tapılıb, onlar dənizdən çıxarılaraq sahilə göndəriliblər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yataginda-xilas-edilen-neftci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR