Ərdoğan Rusiyaya: Bunu biz etmişik

Ərdoğan Rusiyaya: Bunu biz etmişik
00:16 6 Dekabr 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

“Son günlər “Türk Axını” layihəsinin Rusiya tərəfindən ləğv edildiyi ilə bağlı xəbərlər yayılıb. Bu yalanlara inanmayın”.

ANS PRESS-in məluatına görə, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan layihə ilə bağlı danışarkən deyib.

“Türk Axını” tələblərimizə uyğun olmadığı üçün biz ləğv etmişik. Biz sanksiyaların dili ilə deyil, diplomatiyanın vasitəsi ilə problemləri həll etməliyik. Sanksiyaların tətbiqi hər iki ölkə üçün zərərlə nəticələnəcək”, - Ərdoğan bildirib.

Türkiyə və Rusiya arasında baş verən gərginlikdən sonra bu layihənin gələcəyi ilə bağlı suallar ortaya çıxdı. Ötən gün Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, boru kəmərinin tikintisi dayandırılır.


"Türk Axını" qaz boru kəmərinin keçəcəyi ərazilər


Ölkələr arasında gərginliyə səbəb isə Rusiyanın Türkiyə sərhədlərini pozması olub. Türkiyə ərazilərinə daxil olan Rusiya qırıcısını vurub. Hadisə Suriyə - Türkiyə sərhədində baş verib.

Qırıcının vurulması ölkələr arasında münasibətlərin pisləşməsi ilə nəticələndi. Türkiyə soyuqqanlı davransa da, Rusiya qırıcının qısasını almaq üçün sanksiyalara əl atdı. Rusiya Türkiyəyə kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb. Türkiyədən gələn yük maşınlarını ölkəyə buraxmır.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR