Oğlu dənizdə itkin düşən ananın fəryadı (VİDEO)

Oğlu dənizdə itkin düşən ananın fəryadı (VİDEO)
00:36 6 Dekabr 2015
1270 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də güclü tufan nəticəsində “Neft Daşları”nda baş vermiş qəzada Itkin düşən 3 nəfər dənizçidən hələ də xəbər yoxdur.

Onlardan 41 yaşlı Rövşən Məmmədovun ailəsi ANS TV-yə üz tutub.Övladlarından xəbər ala bilmədiklərini bildirən çarəsiz ana yüksək rütbəli şəxslərə səslənərək oğlunun tapılması üçün kömək istəyib.

"Balam dənizə düşüb. Öldüyü və ya qaldığı barədə xəbər yoxdur. Bu gün bütün günü hər yeri gəzmişəm. Deyirlər xəbər yoxdur. Deyirlər ki, külək olduğundan ora girmək olmur. Bəs mən indi balamı kimdən xəbər alım", - deyə ana bildirib.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində dalğalar estakada döşəməsinin üstündəki yaşayış köşkünü dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olub.

Dənizdə operativ axtarış işləri Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyi idarəsinin bir neçə gəmisi davam etdirilir.



SOCAR faciə ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və Samir Quliyev yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.


Samir Quliyev yedək gəmisi

Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR