“Mərhəmət yubileyi” ərəfəsində Romada ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək

“Mərhəmət yubileyi” ərəfəsində Romada ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək
01:28 6 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 6 dekabr, AZƏRTAC
Dekabrın 8-dən etibarən Romada “Mərhəmət yubileyi”nə hazırlıqlarla bağlı ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Belə ki, “Müqəddəs İl” çərçivəsində keçiriləcək tədbirlər ərəfəsində şəhərin ərazisində yanacaq, təbii qaz, silah, partlayıcı maddələr və bu kimi digər təhlükəli məhsulların daşınmasına qadağa qoyulacaq. Eyni zamanda, İtaliya Sivil Aviasiya qurumu tərəfindən hazırlanmış plan çərçivəsində dekabrın 6-dan başlayaraq Romanın mərkəzi və əsas kilsələrin hava məkanı daxil olmaqla insanların kütləvi toplaşdığı bir sıra ərazilər üzərindən kiçik təyyarələrlə uçuşların həyata keçirilməsinə məhdudiyyətlər qoyulub.
ANSA agentliyinin məlumatına görə, tədbir müddətində baş verə biləcək hər hansı mənfi halların qarşısının dərhal alınması, mümkün hücum cəhdlərinin zərərsizləşdirilməsi üçün Roma polisi gücləndirilmiş rejimdə işləyəcək. İki minədək polis və hərbiçinin cəlb olunacağı komanda xüsusilə “Müqəddəs Qapı”ların açılış mərasimləri zamanı Romanın əsas kilsələrinin ərazilərində toplaşacaq.
Qeyd edək ki, tarixdə 27-ci müqəddəs il olan “Mərhəmət Yubileyi” cari il martın 13-də Roma Papası Fransisk tərəfindən elan olunub. Tədbir çərçivəsində ilk olaraq dekabrın 8-də Müqəddəs Pyotr bazilikasında “Müqəddəs Qapı”nın açılış mərasimi olacaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merhemet_yubileyi_erefesinde_Romada_ciddi_tehlukesizlik_tedbirleri_heyata_kechirilecek-908714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR