75 yaşlı sürücü “VAZ 2107"-ni ağaca çırpdı

75 yaşlı sürücü “VAZ 2107"-ni ağaca çırpdı
02:24 6 Dekabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 5-i axşam saat 20:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun “Qırxbulaq” adlanan ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu Aşağı Daşağıl kənd sakini 1940-cı il təvəllüdlü Həmzə Saleh oğlu Salmanov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Şəki şəhərindən Aşağı Daşağıl kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü və avtomobildə olan sərnişin rayonun Aşağı Daşağıl kənd sakini 1987-ci il təvəllüdlü Taleh Nakif oğlu Məsimov aldıqları xəsarətlərə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Taleh Məsimova qapalı kəllə-beyn travması dioqnozu qoyulub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Taleh Məsimovun vəziyyəti orta-ağır qiymətləndirilir. Həmzə Salmanovun xəsarətləri yüngül olduğundan həkim müayinəsindən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR