Türkiyə ilə Rusiyanın eyni qrupda olması riskli deyil

Türkiyə ilə Rusiyanın eyni qrupda olması riskli deyil
02:36 6 Dekabr 2015
73 İdman
Ölkə mətbuatı
A- A+

“EURO-2016” Avropa Çempionatının finalında qarşılaşmalarında Türkiyə ilə Rusiya yığmasının eyni qrupa düşməsi ehtimalı gündəmə gəlib və UEFA bu istiqamətdə rəsmi qərarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə rus jurnalistlər UEFA rəsmilərinə sorğu göndəriblər. UEFA verdiyi cavabda, bu cür ehtimallar çərçivəsində planlarında hər hansı bir dəyişiklik gözlənilmədiyini bildiriblər.

“Qarşıdakı püşk atılması ilə əlaqədar olaraq, bu cür ehtimallar çərçivəsində hər hansı bir dəyişiklik gözlənilmir. UEFA-nın Türkiyə ilə Rusiyanı fərqli qruplarda yerləşdirmək planı yoxdur. Qurum Türkiyə Rusiya qarşılaşmasını təhlükəli hesab etmiur.”

Rusiya püşkə ikinci səbətdən, Türkiyə isə dördüncü səbətdən girəcəyi üçün iki ölkənin eyni qrupa düşmə ehtimalı var.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR