“Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib

“Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib
02:37 6 Dekabr 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Əfqanıstanın “Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatda hərəkatın lideri Molla Mansurun qətlə yetirilməsi ilə bağlı xəbər həqiqəti əks etdirmədiyi vurğulanır. Bununla bağlı “Taliban” liderinin səs yazısı dərc olunub. “Kuçlak şəhərində öldürüldüyüm barədə xəbərlər səhvdir”, - audiomüraciətdə deyilir.
Qeyd edək ki, “Taliban” hərəkatının lideri Molla Əhtar Mansurun əks mövqedə olan səhra komandirləri tərəfindən öldürüldüyü xəbəri yayılmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/taliban-herekati-oz-liderinin-oldurulmesi-xeberini-tekzib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR