Türkiyə Mədəniyyət Mərkəzi hücuma məruz qaldı

Türkiyə Mədəniyyət Mərkəzi hücuma məruz qaldı
04:54 6 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Marsel şəhərində Türkiyə Mədəniyyət Mərkəzinə dörd ədəd “Molotov kokteyl”i atıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Le Parisien” nəşri məlumat yayıb.  

 

Polisdəki mənbənin məlumatına görə, hücum nəticəsində binaya “müəyyən” zərər dəyib. Cinayətin 3-4 naməlum şəxs tərəfindən törədildiyi bildirilir. Onların axtarışları davam etdirilir.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Moskvadakı səfirliyi daş-qalaq edilib.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR