Əsəd qüvvələri strateji türkmən bölgəsini ələ keçirdi

Əsəd qüvvələri strateji türkmən bölgəsini ələ keçirdi
04:56 6 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın Lazqiyyə şəhərinə bağlı Bayırbucaq türkmənlərinə aid strateji Qızıldağ təpəsi ələ keçirilib. ANS PRESS-in məlumatına görə, Qızıldağ Bəşər Əsəd rəhbərliyindəki Bəəs reejiminin əsgərləri tərəfindən işğal edilib. Dünən səhərdən etibarən rejim qüvvələrinin Rusiya qırıcılarının dəstəyi ilə Qızıldağ və Fırınlık bölgələrini intensiv atəşə tutduğu bildirilir. Gün ərzində davam edən insidentlər nəticəsində təoənin əsas hissəsi ələ keçirilib. Məlumata görə, artıq Əsəd qüvvələrinə aid zirehli texnika Qızıldağ təpəsindədir.

Bölgəyə hakim olan bu təpə strateji əhəmiyətə malik olduğu üçünson 15 gün ərzində 4 dəfə əldən ələ keçib. Qızıldağ təpəsi 1 həftə əvvəl türkmənlərin əlinə keçmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR