Məşhur futbolçuya həbs cəzası verildi

Məşhur futbolçuya həbs cəzası verildi
06:46 6 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın təcrübəli futbolçusu Xavier Maskeranoya bir illik həbs cəzası verilib.

ANS PRESS-in məlumatına görə, buna səbəb argentinalı futbolçunun vergidən yayınmasıdır.

Amma futbolçu 815 min avro ödəyərək, bu cəzadan qurtula bilib. Məsələ burasındadı ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Maskerano da qanunun bu mərhəmətindən yararlanıb.


Xavier Maskerano

Qeyd edək ki, Maskerano vergidən yayınmaq üçün 2011-2012-ci illərdə sponsorluq anlaşmasından qazandığı pulları Portuqaliyada bir şirkətin qazancı kimi göstərmişdi. Həmin məbləğin 1,7 milyon avro olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR