İspaniyada keçiriləcək parlament seçkilərində favorit yoxdur

İspaniyada keçiriləcək parlament seçkilərində favorit yoxdur
07:28 6 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 6 dekabr, AZƏRTAC 
İspaniyada keçiriləcək növbəti parlament seçkilərində partiyalardan heç biri mütləq çoxluq qazanaraq təkbaşına hökumət qurmaq ixtiyarı əldə edə bilməyəcək. Bunu seçkilərə 2 həftə qalmış keçirilən rəy sorğuları göstərir.
Sorğuların nəticələrinə əsasən, ən çox səs toplayacaq partiya hazırda hakimiyyətdə olan “Xalq Partiyası” olacaq. Rəyi soruşulanların 28,5 faizi səsini Mariano Raxoyun partiyasına verməyə hazırlaşır. Hakim partiyanın ənənəvi rəqibi PSOE isə 20,7 faiz səs toplaya bilər. Hər iki partiyanın itirilən seçiciləri son bir neçə ildə xeyli rəğbət qazanmış, yazda keçirilmiş bələdiyyə seçkilərindəki uğurları ilə güclərini sübut etmiş iki gənc partiyaya tərəf keçib. Söhbət “Ciudadanos” və “Podemos” partiyalarından gedir. Sorğular göstərir ki, bu partiyalar müvafiq olaraq 19 və 15,7 faiz seçici səsinə ümid edə bilərlər.
Dekabrın 20-də baş tutacaq seçkilər sorğuların nəticələrini doğruldarsa, İspaniyada koalisiya hökuməti qurulacaq. Bu hökumət üçün parlamentdə təmsil olunacaq 4 siyasi gücdən ikisi və ya üçünün birləşməsi lazım gələcək. Ekspertlərin fikrincə, kənarda qalacaq partiya məhz hazırda hakimiyyətdə olan partiya olacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_kechirilecek_parlament_sechkilerinde_favorit_yoxdur-908717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR