Ad günündə faciə: 8 yeniyetmə öldü

Ad günündə faciə: 8 yeniyetmə öldü
09:05 6 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın  Surqut şəhəri yaxınlığında bağ massivində baş vermiş yanğın nəticəsində 8 yeniyetmə ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

"Hadisə yerinə ilkin baxış zamanı 5 yeniyetmənin yanmış meyiti aşkarlanıb. Sonradan hadisə yerindən daha 3 nəfərin cəsədi aşkarlanıb", - deyə məlumatda bildirilir.  

Məlumata görə, dekabrın 5-i axşam saatlarında yeniyetmələr bağ massivində dostlardan birinin ad gününü qeyd ediblər. Yanğının  hamamda baş verdiyi bildirilir.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR