Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyl”əri atdılar

Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyl”əri atdılar
09:22 6 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Marsel şəhərində Türkiyə Mədəniyyət Mərkəzinə dörd ədəd "Molotov kokteyl"i atıblar. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə  "Le Parisien" nəşri məlumat yayıb.  

Polisdəki mənbənin məlumatına görə, hücum nəticəsində binaya "müəyyən" zərər dəyib. Cinayətin 3-4 naməlum şəxs tərəfindən törədildiyi bildirilir. Onların axtarışları davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Moskvadakı səfirliyi daş-qalaq edilib.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR