Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
09:31 6 Dekabr 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır".

Bu barədə ANS PRESS-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib. Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: "Bu gün isə dalğıclar d'niz dibin' enəcək və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir".

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.


Yanğın baş verən platforma

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR