Dəhrə ilə metroya girdi, üç nəfəri yaraladı

Dəhrə ilə metroya girdi, üç nəfəri yaraladı
09:37 6 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

London metrosunda maçete (dəhrə) ilə silahlanmış naməlum şəxsin sərnişinlərə hücumu nəticəsində 3 nəfər yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Leytonstoun stansiyasında baş verib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

"Telegraph" nəşrinin məlumatına görə, silahlı şəxs hücum edərkən "Bu, Suriyaya görədir" deyə çığırıb.  

Hadisə yerinə gələn polis əməkdaşları elektroşokerdən istifadə edərək cinayətkarı saxlaya biliblər.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR