Ermənistanda referendum keçirilir - Konstitusiya dəyişə bilər

Ermənistanda referendum keçirilir - Konstitusiya dəyişə bilər
09:42 6 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda yerli vaxtla 08.00-da konstitusiyaya dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi başlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ümumilikdə, ölkə ərazisində 2000 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə 20.00-dək davam edəcək. Seçici siyahılarına 2 mln 550 min 323 vətəndaş daxil edilib.

Dəyişikliklər paketinin qəbul olunması üçün seçicilərin 50 faizindən çoxu sənədi dəstəkləməlidir. Səsvermənin baş tutması üçün seçicilərin azı 25 faizi səs verməlidir.  

Qeyd edək ki, Ermənistanda müxalifət qüvvələri uzun müddətdir ki konstitusiyaya dəyişikliklər edilməsinə qarşı çıxış edir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR