Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçirilir

Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçirilir
09:47 6 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Ermənistanda prezident Serj Sarqsyanın konstitusiya düzəlişləri ilə bağlı referendum keçirilir.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.
Mərkəzi Seçki Komissiyası ölkədəki seçici sayısını 2 milyon 550 min 323 olaraq açıqlayıb. Nəticələr bir həftə ərzində, yəni dekabrın 13-dən gec olmayaraq məlum olacaq.
Parlament oktyabrın 5-də ölkədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsinə səs verib.
Bu qərar ölkə müxalifətinin etirazı ilə qarşılanıb və Yerevanda etiraz aksiyaları başlayıb.
Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR