Zibilə milyonlarla borcu olan milyonçular

Zibilə milyonlarla borcu olan milyonçular
09:52 6 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Milan" və "İnter" klubuna təmsil olunduqları şəhərin bələdiyyəsi tərəfindən qəbz göndərilib. 

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hər iki klub bələdiyyəyə 5 milyon avro ödəməlidi. 

Məsələ burasındadı ki, Milan şəhərinin təmsilçiləri "San Siro" stadionunun xidmətindən müştərək istifadə edirlər. Bələdiyyə isə arenanın zibil tullantılarına görə klubların quruma 5 milyon avro borclarının olduğunu üzə çıxarıb. Eyni stadionu istifadə edən klublardan bu borcu birlikdə ödəməsi tələb olunub.

"San Siro" stadionu

Sözügedən borc 2000-2004-cü illəri əhatə edir. Hazırda klub rəsmləri borcu necə ödəmək üzərində baş sındırırlar. Klub rəhbərliyi yaxın günlərdə borcun ödənilməsinə söz verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR