Türkiyə daha 3 şəhid verdi

Türkiyə daha 3 şəhid verdi
10:44 6 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə PKK terror təşkilatı ilə mübarizədə daha 3 şəhid verib. Lent.az Habertürk-ə istinadən xəbər verir ki, dünən Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçuları ilə baş vermiş atışmada 1 polis əməkdaşı şəhid olub, daha bir polis isə yaralanıb. Hər iki təhlükəsizlik əməkdaşı snayper gülləsinə tuş gəlib.

 

 

Bundan başqa Şırnak bölgəsində terrorçular mülki avtomobildə olan təhlükəsizlik əməkdaşlarını atəşə tutub. Nəticədə 2 polis əməkdaşı həlak olub, daha 2 nəfər isə yaralanıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR