Ön cəbhədə atışma

Ön cəbhədə atışma
09:36 30 Dekabr 2014
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR