Səhiyyə Nazirliyi: Xəsarət alan neftçilərin müalicəsi üçün lazım olan bütün işlər görülür

Səhiyyə Nazirliyi: Xəsarət alan neftçilərin müalicəsi üçün lazım olan bütün işlər görülür
12:53 6 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan SOCAR əməkdaşlarının müalicəsi üçün bütün zəruri tədbirlər görülür. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ümumilikdə Mərkəzi Neftçilər Xəstəxanasına 31 nəfər yerləşdirilib, onlardan 22 nəfər ambulator müalicəsi alaraq evə buraxılıb. Bazar ertəsi günü onlar təkrar olaraq müayinədən keçəcəklər. 8 nəfər isə müxtəlif diaqnozlarla stasionar müalicə almaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında qalıb. Bir nəfər Yanıq Mərkəzinə göndərilib", deyə mətbuat xidmətində bildiriblər.

Səhiyyə naziri Oqtay Şirəliyev şəxsən xəsarət alanları ziyarət edib, onlara göstərilən müalicənin keyfiyyəti ilə maraqlanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2465822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR