Baş nazir Artur Rasizadə SOCAR-da müşavirə keçirib

Baş nazir Artur Rasizadə SOCAR-da müşavirə keçirib
12:58 6 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə SOCAR-da olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilmiş, Baş nazirin sualları cavablandırılmışdır.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR