Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respu

13:13 6 Dekabr 2015
112 Digər
Ölkə mətbuatı
A- A+


2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. 
Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:
2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2015-ci il.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR