Səfirlik: "Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır "

Səfirlik: "Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır "
13:27 6 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Günəşli yatağında baş verən faciə ilə bağlı məlumat yayıb.
"Report"un məlumatına görə, məlumatda deyilir: "Şiddətli qasırğanın Xəzər Dənizindəki Günəşli yatağının 10 saylı platformasında qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğına yol açdığını və meydana gələn yanğının insanların ölümü ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndik.
Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirik. Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır və zəruri dəstəyi verməyə hazırdır".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/sefirlik-turkiye-bu-cetin-gununde-her-zaman-oldugu-kimi-azerbaycan-dovletinin-ve-xalqinin-yanindad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR