Dekabrın 6-sı Azərbaycanda matəm elan edilib

13:28 6 Dekabr 2015
454 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ölkə ərazisində matəm elan edib.
Prezidentin Sərəncamında deyilir: “Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram: 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR