Ukraynada rəsmən koalisiya quruldu

Ukraynada rəsmən koalisiya quruldu
13:29 6 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

“Narıncı” hökumət yeni formada bərpa olundu

Ukrayna parlamentində yeni koalisiya yaradıldı. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, koalisiya razılaşmasını “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi”, “Yuliya Timoşenko Bloku” və “Litvinin Bloku” imzalayıblar.

Sənədi “Yuliya Timoşenko Bloku”nun lideri İvan Kirilenko, “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi” fraksiyası sədrinin müavini Boris Tarasyuk və “Litvinin Bloku”nun yeni lideri İqor Şarov imzalayıblar.

İvan Kirilenko bildirib ki, razılaşmada mübahisə doğuran məsələlər, məsələn NATO-ya üzvlüklə bağlı bəndlərə aydınlıq gətirib. Koalisiya üzvləri qeyd ediblər ki, Ukrayna referendumdan sonra Şimali Atlantika Blokuna üzv ola bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR