Xaricdə təhsilin maliyyələşməsində problem yaranıb

Xaricdə təhsilin maliyyələşməsində problem yaranıb
13:30 6 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Fondu Təhsil Nazirliyinin xaricdə təhsil almağa göndərdiyi tələbənin bir neçəsinin xərcini ödəmək istəmir

“Azərbaycan gənclərinin xaricə təhsil dalınca göndərilməsində siyahıdan kənara çıxma halları olub. Bu səbəbdən də Dövlət Neft Fondu həmin tələbələrin xaricdə təhsil almasının maliyyələşməsi üçün vəsait vermir”.

Təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, “Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqram”ı çərçivəsində xaricdə təhsil alan tələbələrin xərclərinin maliyyələşdirilməsindəki problemlərin əksəriyyəti həllini tapıb. Ancaq problem hələ tamam yoluna qoyulmayıb: “Problem odur ki, prezidentin təsdiq etdiyi proqrama görə, Azərbaycan hökuməti azərbaycanlı gənclərin oxuyacağı ali məktəb və ixtisasların siyahısını təsdiq edib. Bu siyahı Təhsil Nazirliyinin internet saytında yerləşdirilib. Biz müxtəlif səbəblər üzün bu siyahıdan kənara çıxma halları ilə bağlı Fondun rəhbərliyi ilə görüşdük. Onların haqlı olduğu sübut olundu və qəti qərara gəlindi ki, siyahıdan qətiyyən kənara çıxmaq olmaz”.

Nazir qeyd edib ki, hansısa səbəblər üzündən siyahıdan kənara çıxma halları olarsa, Nazirlik Kabineti tərəfindən qərarda müvafiq dəyişikliklər edilməlidir: “Bizim xaricdə təhsil alan gənclərlə bağlı problemimiz yalnız bununla bağlıdır, başqa çətinlik yoxdur. Amma belə tələbələrin cəmi 5-6 nəfərdir”.

Elxan SALAHOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR