SOCAR: İtən neftçilərin axtarışı davam etdirilir.

13:33 6 Dekabr 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

İtən neftçilərin axtarışı davam etdirilir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse prezidenti Xöşbəxt Yusifzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Dekabr ayının 4-də güclü külək baş verdi və küləyin sürəti saniyədə 38-40 metrə çatdı və çox davam etdi. Adətən külək 4-5 saat dava edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi.Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb. Lakin küləyin güclülüyü və ləpənin hübdürlüyü imkan vermirdi ki, gəmilər platformaya yaxınlaşıb qayıqlarda olan insanları xilas etsin. qayıqın biri qırılıb və insanlar suya düşüb. Baxmayaraq ki, onların jileti olub, dalğanın hündürlüyü və küləyin gücü onlara çətinlik yaradıb.

Qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub. İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir.

Hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir.

Bu gün matəm günü elan olunub. İnsanın xöşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR