Xöşbəxt Yusifzadə: Baş vermiş hadisə təxribat deyil

13:43 6 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır”.

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib: “Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR