SOCAR: Hadisə zamanı özüldə 63 nəfər olub

SOCAR: Hadisə zamanı özüldə 63 nəfər olub
13:51 6 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın başladığı zaman 63 nəfər olub. Hazırda onlardan 29 nəfər itkin düşmüş hesab edilir.

ANS PRESS-in məlumatına görə, bu haqda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat-konfransında deyib.

"Dekabrın 4-ü küləyin və dalğalarınnın gücünə davam gətirməyən qaz borusu partlayıb. Bu adi qaz borusu olub, quyulara aidiyyatı yox idi. İşıqlar sönüb, qaranlıq düşüb. İnsanlar özlərini itirsələrdə təlimata uyğun olaraq öz işlərini görüblər. Yəni qayıqlardan istifadə edib xilas olunmağa çalışıblar"

Onun sözlərinə görə, iki qayıqda 26 və 34 adam olub, dalğanın hündürlüyü çox olduğu üçün onlar suya enməyə cəhd etməyiblər və qayıqda platformadan asılı vəziyyətdə kömək gözləyiblər. qalıblar. Lakin yaxınlığda olan heç bir qəmi külək və dalğalara görə platformayayaxınlaşa bilməyib.

"Saat 22:30 radələrində qayıqlardan biri qırılaraq düşüb dənizə. Qayıqda olan insanlardan sadəcə 3-ü xilas edilib, digərlərinin axtarışları aparılır. Hazırda əsas vəzifə itkin düşənləri tapmaq və yanğını söndürməkdir." - deyə Xoşbəxt Yusifzadə bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR