SOCAR: "Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır"

SOCAR: "Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır"
14:02 6 Dekabr 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ "Qəza baş verən özlüdə 63 nəfər olub. Onlardan 33 nəfər xilas olub. Bir nəfərin cəsədi çıxarılıb. 29 nəfəri axtarışı davam edir". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.
O, qeyd edib ki, Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, cəsədlər o ölkələrin sahilində tapılarsa xəbər versinlər.
Onun sözlərinə görə, hazırda Xəzər Dəniz donanmasının, Səhrəd qoşunlarının gəmiləri, Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/socar-serhed-qosunlarinin-7-helikopteri-ve-4-fhn-helikopteri-havadadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR