SOCAR: Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfinə müraciət olunub, güclü axın itənlərin cəsədlərini bu ölkələrin sektoruna ata bilər

14:08 6 Dekabr 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtən neftçilərin axtarışına Sərhəd qoşunlarının 7, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov mətbuat konfransında deyib.

X.Məmmədov bildirib ki, axtarış və xilasetmə işlərinə eləcə də bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib: "SOCAR Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfinə də müraciət etmişik. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR